Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, hazırlıq və növbə çəkmə üzrə alt komitəsinin 12-ci sessiyasında Azərbaycanı təmsil edib.
"Far.Az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata əsasən, tədbirdə Agentliyin Gəmi heyəti departamentinin direktoru Səid Orucov və Təlim və sertifikatlaşma şöbəsinin aparıcı mütəxəssisi Əhməd Lametov iştirak ediblər.
Beşgünlük sessiyanın əsas mövzusu "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) Beynəlxalq Konvensiyaya və onun məcəlləsinə edilmiş dəyişikliklərə həsr olunub.
Nümayəndə heyəti tədbirdə fəal iştirak edərək daha əvvəl təqdim olunan 3 təklifin əsaslandırılmasını həyata keçirib. Təkliflərdən birinin gələcək sessiyalar çərçivəsində müzakirəsi barədə qərar qəbul edilib, digər iki təklifi isə işçi qrup müzakirəyə çıxararaq DHDNÇ Beynəlxalq Konvensiyaya əlavə olunmasını məqsədəuyğun hesab edib.
150-dən çox boşluğa dair 160-dan çox sənəd əsasında keçirilən sessiya mühüm müzakirələrlə yadda qalıb. Hazırlanan layihələr təsdiq üçün Beynəlxalq Dəniz Təşkilatının bu ilin may ayında keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasına təqdim ediləcək.
Həmçinin sessiya çərçivəsində rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin sürətli inkişafı fonunda DHDNÇ Beynəlxalq Konvensiyasında mövcud kompetensiya standartlarının aktuallığının yenidən qiymətləndirilməsi məsələsi müzakirə olunub.
Bildirilib ki, müasir naviqasiya və idarəetmə sistemlərinin geniş rəqəmsallaşdırılması şəraitində dənizçilərdən yalnız texniki bilik və bacarıqlar deyil, habelə kiberrisklərin müəyyənləşdirilməsi, qarşısının alınması və idarə olunması üzrə səriştələr də tələb edilir.
Bu məqsədlə DHDNÇ Beynəlxalq Konvensiyasına kibertəhlükəsizlik sahəsində müvafiq bilik, bacarıq və səriştələrə dair yeni kompetensiya cədvəllərinin əlavə edilməsi təklif olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













