Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin yerinə yetirilməsini dəstəkləyib
Far.Az xəbər saytı

Fransa Ukraynaya 90 milyard avro məbləğində kredit üzrə Aİ öhdəliklərinin yerinə yetirilməsini dəstəkləyib


Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqından (Aİ) olan tərəfdaşlarının Ukrayna üçün 90 milyard avro məbləğində Aİ krediti üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan hər şeyi edəcəklərinə əmin olduğunu bildirib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bunu Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

"Biz razılaşdırılmış 90 milyard avro məbləğində kreditin blokdan çıxarılması üçün əlimizdən gələn hər şeyi edəcəyik", - o bildirib.

E.Makron qeyd edib ki, 2022-ci ildən bəri Aİ tərəfindən göstərilən yardımın ümumi həcmi 200 milyard avroya yaxınlaşır.

Fransa Prezidenti ayrıca Ukraynanın Avropa inteqrasiyası yoluna dəstək ifadə edib: "Üzvlüyə gedən yol çox səy tələb edir. Lakin Ukraynanın müharibəyə baxmayaraq keçdiyi yol heyranedicidir. Ukrayna ilk danışıq klasterlərinin açılmasına layiqdir. Mən bunda şübhə etmirəm. Yaranmış maneələrə baxmayaraq biz buna nail olacağıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər