Erfan Ali: WUF13 şəhər idarəetmə imkanlarının nümayiş etdirilməsi üçün platformaya çevriləcək
Far.Az xəbər saytı

Erfan Ali: WUF13 şəhər idarəetmə imkanlarının nümayiş etdirilməsi üçün platformaya çevriləcək


Şərqi Avropa və Mərkəzi Asiya regionu iqtisadi transformasiyaların, şəhər inkişafının və humanitar proseslərin kəsişməsində yerləşir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşdırma Proqramının (UN-Habitat) eksperti, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktor Erfan Ali XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, İstanbulda UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəliyinin açılması çox vaxtında verilmiş qərardır, çünki hazırda bu region iqtisadi transformasiyaların, şəhər inkişafının və humanitar proseslərin kəsişməsində yerləşir:

"O (yeni ofis - red.) regionda şəhər transformasiyasını nümayiş etdirməyə və region ölkələrinə dəstək üçün verdiyimiz töhfəni vurğulamağa imkan yaradır".

E.Ali əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumunun ilk dəfə olaraq Mərkəzi Asiya və Cənubi Qafqazda keçirilməsi yerli və regional hakimiyyət orqanlarının üzləşdiyi çağırışları və imkanları qlobal səviyyədə nümayiş etdirmək üçün son dərəcə vacib və vaxtında yaranmış imkan olacaq.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər