Təl-Əvivdə naməlum şəxs “TRT Haber”in canlı yayımını dayandırmağa cəhd edib
Far.Az xəbər saytı

Təl-Əvivdə naməlum şəxs “TRT Haber”in canlı yayımını dayandırmağa cəhd edib


Təl-Əvivdə bir israilli Türkiyənin “TRT Haber” dövlət telekanalının komandasını təqib edərək canlı yayımı dayandırmağa cəhd edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, naməlum şəxs telekanalın müxbirini hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. O, jurnalistin ünvanına nalayiq ifadələr işlədib və operatorun əlindən kameranı almağa çalışıb.

F.Altun bildirib ki, İsrail polisi təxribatçını həbs etmək əvəzinə Türkiyə telekanalının əməkdaşlarını saxlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər