Latviyanın sabiq prezidenti: Yeni dünya nizamı güclü turbulentliklə müşayiət olunur
Müasir dünya nizamı bu gün İkinci Dünya Müharibəsindən sonrakı dövrlə müqayisədə daha böyük turbulentliklə xarakterizə olunur.
"Far.Az" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal turbulentliyə reaksiya" mövzusunda paralel tədbirin açılışında bildirib.
O qeyd edib ki, müasir dünya geosiyasi gərginlikdən və iqtisadi qeyri-sabitlikdən tutmuş iqlim təhdidlərinə və texnoloji transformasiyalara qədər bir sıra bir-biri ilə əlaqəli çağırışlarla üzləşir.
Vike-Freyberqanın sözlərinə görə, dünyanın nə vaxtsa tamamilə sabit olması ilə bağlı təsəvvürlər illüziyadır: "Niyə dünya turbulent olmayıb? Düşünürəm ki, dalğalar sadəcə olaraq daha yüksək və ya daha alçaq olub. Külək bəzən digər anlara nisbətən daha güclü olur. Amma ümumilikdə bəşəriyyətin tarixinə nəzər salsaq, sülh və əmin-amanlıq dövrlərinin o qədər də çox olmadığını görərik. Əslində, İkinci Dünya Müharibəsindən sonrakı dövr dünyanın sabitləşdiyi kimi görünən nadir anlardan biri idi. Keçmiş imperiyaların dekolonizasiyası nisbətən az zorakılıqla keçirdi, baxmayaraq ki, əlbəttə, Əlcəzairdəki müharibə fransızlar və əlcəzairlilər arasında acı, uzunmüddətli və qanlı bir müharibə idi. Düşünürəm ki, o dövrdə alimlərin, mütəfəkkirlərin və ictimai fikri formalaşdıranların təsiri kifayət qədər güclü hiss olunurdu".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













