Ukrayna Rusiya və İrandan olan şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Ukrayna Rusiya Federasiyasında silah istehsalını dəstəkləyən Rusiya və İran şirkətlərinə və fərdi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Siyahıda bu iki ölkədən 130 fiziki və 48 hüquqi şəxs, eləcə də Ukraynaya qarşı döyüşən 10 paralimpiya idmançısı yer alır.
Bunlara "Kometa" seriyalı peyk naviqasiya avadanlığı üçün komponentlərin tədarükü ilə məşğul olan şirkətlər və "Oreşnik" raket sisteminin istehsalı ilə məşğul olan müəssisələr daxildir.
Məhdudiyyətlər təkcə Ukraynaya qarşı deyil, həm də Yaxın Şərqdə istifadə edilən İran dronları və raketlərinin istehsalında iştirak edən İran şirkətlərinə və vətəndaşlarına da təsir göstərib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













