Dövlət Xidməti Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb
Far.Az xəbər saytı

Dövlət Xidməti Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb


Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən 3741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə barədə xəbərdarlıqlara baxmayaraq təmir işləri yenidən davam etdirilib.

Bu barədə "Report"a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabrında aşkar edilib:

"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının keçirdiyi baTaxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunun tələbləri pozularaq layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyənləşib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun razılaşdırılması barədə xəbərdarlıq olunub".

Məlumatda xəbərdarlıqlara baxmayaraq, martın 14-də tarixi abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb:

"Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər