Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib
Far.Az xəbər saytı

Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib


İlaxır çərşənbə Gürcüstanda da qeyd olunub və Tbilisi merinin müavini Kaxa Abuladze Novruz bayramını birlik və dostluq bayramı adlandırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı yeni həyatın başlanğıcı, sevgi və birlik bayramıdır

"Mən azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm" , o bildirib və hər kəsə sülh arzulayıb:

"Gürcü və Azərbaycan xalqlarının dostluğu əsrlərə söykənir. Əsrlər boyu biz bir-birimizlə sülh və dostluq içində yaşamışıq".

Tbilisi merinin müavini Azərbaycan icmasına da təşəkkürünü bildirib.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
ABŞ-də azərbaycanlı icması Novruz bayramını qeyd edib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Tbilisidə Novruz Bayramı qeyd olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər