"QatarEnergy" şirkətinin müəssisəsinə İranın hücumlarında ciddi ziyan dəyib
Qətərin ən böyük sənaye mərkəzlərindən birinin, o cümlədən mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı kompleksinin yerləşdiyi Ras-Laffan regionunda İranın hücumlarından sonra böyük yanğın baş verib.
"Far.Az" xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İranın hücumu nəticəsində Ras-Laffan rayonunda yanğın baş verib", - məlumatda bildirilib.
Daha sonra Qətərin milli neft-qaz şirkəti "Qatar Energy" öz müəssisəsinə "əhəmiyyətli ziyan" dəydiyini bildirib.
"Əhəmiyyətli ziyan dəydiyindən baş vermiş yanğınların lokallaşdırılması üçün dərhal təcili reaksiya qrupları göndərilib. Bütün personal qeydə alınıb, hazırda tələfat barədə məlumat yoxdur", - şirkətdən qeyd edilib.
Daha əvvəl İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, İranın qaz infrastrukturuna endirilən zərbələr regionda münaqişənin yeni mərhələsinin başlanğıcı olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













