Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
Far.Az xəbər saytı

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır


Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır.

"Far.Az" xəbər verir ki, bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb.

Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyri-iş günü hesab olunur.

Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.

Martın 31-i isə bayramdan sonra ilk iş günü hesab edilir.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Turizm sektoru Ramazan–Novruz kəsişməsi fonunda necə işləyir? - ARAŞDIRMA
Turizm sektoru Ramazan-Novruz kəsişməsi fonunda necə işləyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər