QDTİB "SOCAR Trading"ə əlavə 25 milyon dollar kredit ayırıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "SOCAR Trading" şirkətinə 25 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayırıb.
"Report" QDTİB-ə istinadən xəbər verir ki, bank "SOCAR Trading" üçün bundan əvvəl ayrılmış kredit çərçivəsində əlavə tranşı təsdiqləyib və müvafiq saziş imzalayıb.
Qeyd etmək lazımdır ki, 50 milyon ABŞ dolları məbləğində ilkin ticarət maliyyələşməsi layihəsi hələ 2019-cu ildə təsdiqlənib. Nəticədə QDTİB-nin "SOCAR Trading" üçün təsdiqlədiyi maliyyələşmənin ümumi məbləği 75 milyon ABŞ dolları təşkil edib.
Bu layihə QDTİB-nin 2019-2022-ci illəri əhatə edən Ortamüddətli strategiyası və biznes planında təsbit edilmiş regional əməkdaşlıq mandatını yerinə yetirmək potensialına malikdir. Bu isə Rusiya və Türkiyə arasında ticarət axınlarının artırılması, eləcə də Türkiyə ərazisində yeni neft emalı müəssisəsi üçün təchizatı təmin etməklə strateji inkişaf məqsədlərinə dolayı yolla dəstək göstərilməsi sayəsində mümkündür.
Əməliyyat "SOCAR Trading"in avans ödənişlərinin maliyyələşdirilməsini, eləcə də Azərbaycan və Rusiyadan xam neft və neft məhsullarının göndərilməsindən sonra ixracın maliyyələşdirilməsini nəzərdə tutur. Vəsait İzmirdəki yeni STAR neft emalı zavodu üçün tədarükün təmin edilməsinə, eləcə də Xəzər xam neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə beynəlxalq bazarlara çıxarılmasına yönəldilir.
Hazırda bankın Azərbaycan üzrə ümumi portfeli (Direktorlar Şurası tərəfindən təsdiqlənmiş) 430,794 milyon avro, imzalanmış sazişlərin dəyəri 368,537 milyon avro, ödənilmiş vəsaitlərin məbləği isə 608,035 milyon avro təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Bakıda 44 yaşlı cərrah VƏFAT ETDİ













