Ronen Kraus "Yonca" mərkəzini ziyarət edib və Novruz münasibətilə ərzaq bağlamaları təqdim edib
Far.Az xəbər saytı

Ronen Kraus "Yonca" mərkəzini ziyarət edib və Novruz münasibətilə ərzaq bağlamaları təqdim edib


İsrailin Azərbaycandakı səfiri Ronen Kraus və onun müavini Aviv Zel Bakıdakı "Yonca" Psixoloji Dəstək və İnkişaf Mərkəzini ziyarət edib, Novruz bayramı ərəfəsində ərzaq bağlamalarının təqdim edilməsində iştirak ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində bildirib.

"Yonca" Psixoloji Dəstək və İnkişaf Mərkəzi ehtiyacı olan uşaqlara və ailələrə dəstək göstərən mühüm təşkilatlardan biridir. Ərzaq bağlamaları Novruz bayramı ərəfəsində mərkəzin yardım etdiyi ailələr arasında paylanacaq", - məlumatda bildirib.

Səfirlik həmçinin Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edib: "Qoy bu bayram hər evə sülh, sevinc və firavanlıq gətirsin".

"Bu əhəmiyyətli ziyarət İsrail və Azərbaycan arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin möhkəmləndiyini bir daha nümayiş etdirir", - qurum əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər