"Qalatasaray" ÇL matçına ciddi itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"la qarşılaşacaq "Qalatasaray" düşərgə heyətini açıqlayıb.
Apasport.az xəbər verir ki, Barış Alper Yılmazın qida zəhərlənməsi səbəbindən heyətdə olmadığı bildirilib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb:
"Ürəkbulanma, qusma, ishal şikayətləri olan və qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmaz bu gün İsveçrəyə yollanan komanda heyətinə daxil edilməyib. Futbolçumuzun durumuna sabahkı qiymətləndirmədən sonra qərar veriləcək".
Mərkəz müdafiəçisi Davinson Sançes isə zədə səbəbindən sabahkı matçda oynaya bilməyəcək.
Baş məşqçi Okan Burukun müəyyən etdiyi heyətdə aşağıdakı futbolçular yer alıb:
Fernando Muslera, Batuhan Şen, Günay Güvenç, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro İkardi, Dries Mertens, Yunus Akgün, Vilfrid Zaha, Leo Dubois, Derrik Köhn, Berkan Kutlu, Qabriel Sara, Hakim Ziyeş, Elias Jelsson, Viktor Nelson, Abdülkerim Bardakcı, Mişi Batşuayi, Ali Yeşilyurt, Ali Turap Bülbül, Efe Akman, Metehan Baltacı.
Qeyd edək ki, 21 avqustda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
Oxşar xəbərlər
"Yanq Boyz" - "Qalatasaray" oyunundan əvvəl gərginlik pik həddə
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
UEFA Çempionlar Liqası: “Qalatasaray” səfərdə məğlub olub
UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













