Makron BMT TŞ-də Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyin müzakirəsini təklif edib
Far.Az xəbər saytı

Makron BMT TŞ-də Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyin müzakirəsini təklif edib


Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi məsələsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə razılaşdırılmasının mümkünlüyünü açıqlayıb.

"Far.Az"un məlumatına görə, o, bu barədə Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına əsasən keçirilən mətbuat konfransında bildirib.

Makron bildirib ki, o, bu təşəbbüsü artıq BMT-nin Baş katibi Antonio Quterreşlə müzakirə edib.

"Fransa əsas tərəfdaşlarının, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvlərinin Hörmüz boğazı ilə bağlı planlarımızı həyata keçirmək üçün BMT daxilində mexanizm yaradılmasının mümkünlüyünə reaksiyasını qiymətləndirmək niyyətindədir", - Fransa lideri qeyd edib.

O, əlavə edib ki, avropalı həmkarlarını bu təşəbbüs barədə məlumatlandırıb, həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə də müzakirə edib.

Makron vurğulayıb ki, bu təşəbbüsün həyata keçirilməsi perspektivləri yaxın günlərdə aydın olacaq.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Məşhur aktrisa bu səbəbdən həmkarlarını sosial şəbəkədə izləmir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər