Antalyada konteyner evlərdə baş verən yanğında 6 nəfər ölüb
Far.Az xəbər saytı

Antalyada konteyner evlərdə baş verən yanğında 6 nəfər ölüb


Türkiyənin Antalya vilayətində konteyner evlərində baş verən yanğın nəticəsində 5-i uşaq olmaqla 6 nəfər həlak olub.

"Far.Az"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın istixana təsərrüfatında çalışan əcnəbi işçilərin yaşadığı üç konteynerdə baş verib.

Yanğının qurbanları 1 qadın və onun 5 uşağı olub. Daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır, qalanlarının vəziyyəti kafi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Yanğın operativ şəkildə söndürülüb.

Həlak olanların meyitləri Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır, üç nəfər saxlanılıb.

Antalya valisi Hulusi Şahin faciə yerinə gedib.

Oxşar xəbərlər

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Gəncədə bir-birinə bitişik evlərdə baş verən YANĞIN SÖNDÜRÜLDÜ
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər