Gürcüstan Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb


2025-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 179 milyon 515 min ABŞ dolları birbaşa investisiya qoyub.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,7 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 9,4 %-dən 7,1 %-ə düşüb.

İl ərzində Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 91 milyon 258 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,5 %-dən 1,4 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Oxşar xəbərlər

Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər