İran İsrailin yanacaqdolduran təyyarələrinə təkrar hücum edib
Far.Az xəbər saytı

İran İsrailin yanacaqdolduran təyyarələrinə təkrar hücum edib


İran Ben-Qurion hava limanında İsrailin yanacaqdolduran təyyarələrinə və Qüdsdə İsrailin Milli Təhlükəsizlik Nazirliyinə pilotsuz uçuş aparatları (PUA) ilə növbəti zərbəni endirib.

"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarından etibarən Ben-Qurion hava limanındakı İsrail ordusunun strateji yanacaqdoldurma təyyarələrinin yerləşdiyi bazalar, Qüdsdəki Milli Təhlükəsizlik Nazirliyinin binası və Təl-Əvivdəki "13" telekanalı yenidən ordunun PUA-larının kütləvi hücumunun hədəfinə çevrilib", - SEPAH-ın məlumatında bildirilib.

Məlumatda qeyd olunur ki, Ben-Qurion hava limanında yerləşən yanacaqdoldurma təyyarələri İrana və onunla əlaqəli qüvvələrə endirilən aviazərbələrin təmin olunmasında mühüm rol oynayır.

Bildirilib ki, İranın Silahlı Qüvvələri əhalinin dəstəyinə arxalanaraq ölkənin müdafiəsi üzrə fəaliyyətləri davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Tehranın Bakıya qarşı siyasəti: terror şəbəkələrindən dron hücumlarına qədər - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər