Britaniya İranın Yaxın Şərqdəki addımlarını öz maraqlarına təhdid adlandırıb
Far.Az xəbər saytı

Britaniya İranın Yaxın Şərqdəki addımlarını öz maraqlarına təhdid adlandırıb


Böyük Britaniyanın Müdafiə Nazirliyi İranın Yaxın Şərq ölkələrinə və Hörmüzdəki gəmilərə endirdiyi zərbələri Britaniya və onun müttəfiqlərinin maraqlarına təhdid adlandırıb.

"Far.Az" "Sky News"a istinadən xəbər verir ki, bəyanat Hind okeanındakı Dieqo-Qarsiya adasında ABŞ və Britaniyanın bazasına gecə saatlarında endirilən raket zərbələri fonunda dərc olunub.

"İranın bütün regiona yönələn düşüncəsiz hücumları və Hörmüz boğazı ilə bağlı addımları Britaniyanın maraqlarına və müttəfiqlərinə təhdid yaradır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri və digər hərbi vasitələr regiondakı Britaniya vətəndaşlarının və personalının müdafiəsini davam etdirmək niyyətindədir.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər