Miley: Argentina Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırdır
Argentina Prezidenti Xavyer Miley əmindir ki, onun ölkəsi Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etməyə qadirdir.
"Far.Az" xəbər verir ki, Miley bu barədə Budapeştdə Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən danışıb.
"Argentina hazırda Avropanın enerji təhlükəsizliyinə zəmanət verməyə qadirdir. Biz enerji investisiyaları sahəsində əsl "qızıl hərisliyi" görürük. Təsəvvür edin ki, 2030-cu ilə qədər enerji daşıyıcıları ixracımızın həcmi ildə 30 milyard dolları ötəcək", - o bildirib.
Miley hesab edir ki, Argentina Avropa ölkələri üçün etibarlı enerji tərəfdaşı rolunda çıxış etmək üçün kifayət qədər neft və təbii qaz ehtiyatlarına malikdir.
2025-ci ilin dekabrında Argentinanın "Southern Energy" şirkəti Almaniyanın SEFE ("Securing Energy for Europe") dövlət qurumu ilə Avropa bazarına mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü barədə ilk irimiqyaslı saziş imzalayıb. Müqavilənin şərtləri səkkiz il ərzində Avropaya 2 milyon ton MTQ göndərilməsini nəzərdə tutur ki, bu da Argentina iqtisadiyyatına 7 milyard dollar məbləğində daxilolmalar təmin etməlidir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb













