NBA-da müntəzəm mövsümün ilk ayında tamaşaçı sayına görə rekord qeydə alınıb
Far.Az xəbər saytı

NBA-da müntəzəm mövsümün ilk ayında tamaşaçı sayına görə rekord qeydə alınıb


Milli Basketbol Assosiasiyası (NBA) müntəzəm mövsümün ilk ayı ərzində oyunların yayımlarını izləyənlərin sayına görə tarixi rekorda imza atıb.

"Report" xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

2026/2027 mövsümünün ilk 4 həftəsində NBA oyunlarını ABŞ-də 75 milyondan çox tamaşaçı izləyib ki, bu da ötən birinciliyin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Ümummilli yayımların orta auditoriyası 37 faiz artaraq 2,62 milyon nəfərə çatıb. Bu göstərici lokautlar səbəbindən qısaldılmış 1998/1999 və 2011/2012 mövsümləri istisna olmaqla, qurumun tarixində də ən yüksək nəticə olub.

Sosial şəbəkələrdə NBA kontenti ilə bağlı videoçarxların baxış sayı rekord həddə - 45 milyarda yüksəlib. Regional yayımların izləyici kütləsi 24 faiz, NBA tətbiqi və NBA League Pass xidmətindəki canlı efirlərin tamaşaçı sayı isə 50 faiz artıb.

Xüsusilə gənc auditoriya arasında nəzərəçarpan yüksəliş qeydə alınıb. 18-34 yaş arası izləyicilərin sayı 50 faiz, 2-17 yaş kateqoriyasındakı tamaşaçılar isə 57 faiz artıb.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər