Sudanda xəstəxanaya hücum nəticəsində 60-dan çox insan həlak olub
Far.Az xəbər saytı

Sudanda xəstəxanaya hücum nəticəsində 60-dan çox insan həlak olub


Sudanın cənubunda Şərqi Darfur əyalətinin paytaxtı Əl-Deyn şəhərindəki xəstəxanaya hücum nəticəsində aralarında 13 uşaq da olmaqla azı 64 nəfər həlak olub.

"Report" məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

Onun sözlərinə görə, hadisə zamanı daha 89 nəfər yaralanıb.

"Bu faciə nəticəsində Sudan müharibəsi zamanı tibb müəssisələrinə edilən hücumlarda ölənlərin ümumi sayı 2 000 nəfəri keçib. Təxminən üç illik münaqişədə ÜST Əl-Deyndəki hücum da daxil olmaqla, tibb müəssisələrinə 213 hücumda 2 036 ölüm hadisəsini təsdiqləyib", - ÜST direktoru yazıb.

O, Sudan müharibəsi zamanı tibb müəssisələrinə hücumlarda 720 nəfərdən çox insanın yaralandığını qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
ÜST rəhbəri Bakıdakı Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasındakı işləri yüksək qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər