Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ
Far.Az xəbər saytı

Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ


Dahi şair, mütəfəkkir Nizami Gəncəvinin XIII əsrin əvvəllərində Gəncədə yerləşən qəbri üzərində ucaldılmış sərdabəsi inşa olunduğu vaxtdan elm və irfan əhlinin ziyarətgahına çevrilib.

Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu məkan əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin Nizamisevərlərin müqəddəs bildiyi ünvan olub.

1606-cı ildə I Şah Abbasın, 1752-ci ildə Hacı Çələbinin, 1826-cı ildə Gəncə xanlığının Şıx düzündə apardığı müharibələr nəticəsində sərdabə qismən dağılıb. 1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub.

Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Şıx düzündə arxeoloji qazıntı aparılıb və məqbərənin qədim qalıqları üzə çıxarılıb. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Nizaminin türbəsi XIII əsrdə tikilib, ümumi sahəsi 101,12 m² təşkil edib, divarlarının qalınlığı 172 sm, hündürlüyü isə 5,2 m olub. 1947-ci ildə böyük şairin məzarı üzərində abidə ucaldılıb.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər