Britaniya İranın hücumlarını dəf etmək üçün tərəfdaşlarını ZRK ilə tədarük edəcək
Far.Az xəbər saytı

Britaniya İranın hücumlarını dəf etmək üçün tərəfdaşlarını ZRK ilə tədarük edəcək


Böyük Britaniya İranın hücumlarının qarşısını almaq üçün yaxınmənzilli zenit-raket komplekslərini (ZRK) təcili qaydada Yaxın Şərqdəki tərəfdaşlarına göndərəcək.

"Report"un məlumatına görə, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmer İcmalar Palatasının (aşağı palata) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.

"Biz Bəhreyn ərazisində yaxınmənzilli zenit-raket sistemlərinin sürətləndirilmiş qaydada yerləşdirilməsini həyata keçiririk. Bu məsələ ötən həftəsonu təcili qaydada qaldırılıb. Analoji tədbirlər Küveyt və Səudiyyə Ərəbistanı ilə bağlı da tərəfimizdən görülür", - o bəyan edib.

Starmer həmçinin qeyd edib ki, İranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə hərbi bazasına doğru atdığı raketlər hədəfinə çatmayıb.

"İki raket Dieqo-Qarsiyaya çatmayıb", - Britaniya hökumətinin başçısı vurğulayıb.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər