Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Lüksemburqun ənənəvi multikultural tədbirlərindən biri hesab olunan "Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı"nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.
"Report" xəbər verir ki, stend Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, "LuxAz" Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə hazırlanıb.
İki gün ərzində "Luxexpo" sərgi mərkəzində keçirilən festivalda 400-dən çox stend təşkil olunub ki, burada müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ictimai fəaliyyətləri təqdim edilib.
Azərbaycan stendi vasitəsilə ziyarətçilər ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri ilə tanış olublar.
Festival çərçivəsində Azərbaycan stendinə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Maks Han baş çəkib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













