KİV: ABŞ Qalibafı İranın potensial lideri hesab edir
Far.Az xəbər saytı

KİV: ABŞ Qalibafı İranın potensial lideri hesab edir


İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən danışıqlarda mümkün tərəfdaş və İranın potensial lideri kimi nəzərdən keçirilir.

"Far.Az" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda hesab edirlər ki, Qalibaf hərbi qarşıdurmanın növbəti mərhələsində İrana rəhbərlik etməyə və ABŞ ilə danışıqlar aparmağa qadir şəxsiyyət ola bilər.

Bununla yanaşı qeyd olunub ki, Ağ Ev hələlik yekun olaraq bir nəfərə üstünlük verməyə hazır deyil. Administrasiya razılaşmaya həqiqətən hazır olan şəxsi tapmaq üçün bir neçə namizədi "stress-testdən" keçirməyi nəzərdə tutur.

"O, prioritet variantlardan biridir, lakin biz hamısını yoxlamalıyıq, burada tələsmək olmaz", - nəşr məmurlardan birinin sözlərini sitat gətirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər