Yaqub Rzazadə: İran ABŞ-yə danışıqlar və atəşkəs barədə təkliflər göndərməyib
Far.Az xəbər saytı

Yaqub Rzazadə: İran ABŞ-yə danışıqlar və atəşkəs barədə təkliflər göndərməyib


İran ABŞ-yə atəşkəs rejiminin elan edilməsi və danışıqların aparılması barədə heç bir təklif göndərməyib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə bildirib.

"Diplomatik korpus, hökumət, İranın Silahlı Qüvvələri heç bir danışıq, müzakirə və ya müharibənin, eləcə də atəşin dayandırılması barədə təklif irəli sürməyib", - o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər