FT: Rusiya İrana dronlar, ərzaq və dərman göndərməyə hazırlaşır
Far.Az xəbər saytı

FT: Rusiya İrana dronlar, ərzaq və dərman göndərməyə hazırlaşır


Rusiya ABŞ və İsrailə qarşı müharibədə Tehranı dəstəkləmək üçün İrana dronlar, dərman və qida göndərməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "The Financial Times" (FT) qəzeti məlumat yayıb.

Qərb kəşfiyyatının məlumatına görə, hərbi əməliyyatların başlamasından qısa müddət sonra Moskva və Tehran dronların tədarükü ilə bağlı gizli danışıqlar aparıblar.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil ediblər. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq, bölgədəki bir neçə dövlət müvəqqəti olaraq hava məkanını bağlayıb.

Oxşar xəbərlər

Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər