Türkiyə XİN: Qara dənizdə "ALTURA" neft tankerinə edilən dron hücumu araşdırılır
Rəsmi Ankara Qara dənizdə "ALTURA" neft tankerinə edilən dron hücumundan narahatlıq duyur.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında paylaşım edib.
"Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırma və texniki müdaxilələr həyata keçirilir. Gəmidəki 27 nəfər türk heyət üzvünün səhhətinin yaxşı olduğu öyrənilib", - XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, Türkiyənin Qara dənizdəki xüsusi iqtisadi zonasında baş verən və beynəlxalq hüquqa zidd olan bu və bənzər hücumlar regionda can, mal, naviqasiya və ekoloji təhlükəsizlik baxımından ciddi risklər yaradır:
"Müharibənin Qara dəniz hövzəsinə yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə müvafiq tərəflərlə təmaslarımızı davam etdiririk".
Sözçü bildirib ki, Türkiyə regiondakı iqtisadi maraqlarını və fəaliyyətini qorumaq məqsədilə beynəlxalq hüquq çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu "ALTURA" neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













