Ukrayna və İtaliyanın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa italiyalı həmkarı Antonio Tayani ilə görüş keçirib.
"Far.Az" Ukrayna XİN-in "Telegram" kanalındakı bəyanatına istinadən xəbər verir ki, tərəflər Kiyevin Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətindəki səylərini və Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər.
"Biz Ukrayna-İtaliya əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etdik və mən ardıcıl siyasi, hərbi və iqtisadi dəstəyə görə, xüsusən də ən çətin qışı arxada qoymağımıza kömək edən, Ukraynanın enerji dayanıqlığının təmin edilməsinə verdiyi praktiki töhfəyə görə İtaliyaya minnətdarlığımızı təsdiq etdim", - qurum Sibiqanın sözlərini sitat gətirib.
Qeyd olunub ki, Ukrayna XİN rəhbəri dayanıqlı sülhün əldə olunmasına yönəlmiş Ukraynanın cari səyləri barədə Tayaniyə məlumat verib. Sibiqa müharibənin başa çatdırılması üçün Rusiyaya təzyiqin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətin inkişafı, xüsusilə də ukraynalı ekspertlərin regionda müdafiə imkanlarının gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













