Türkiyədə bara edilən silahlı hücumda iki nəfər ölüb, üç nəfər yaralanıb
Far.Az xəbər saytı

Türkiyədə bara edilən silahlı hücumda iki nəfər ölüb, üç nəfər yaralanıb


Türkiyənin şimal-qərbində yerləşən Kocaeli şəhərində bara silahlı hücum təşkil edilib.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, İmzit rayonunda yerləşən barlardan birində baş verib.

Belə ki, avtomobillə əyləncə məkanına yaxınlaşan şəxslər barı atəşə tutduqdan sonra oradan qaçıblar. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırma başladıb, hücum edən şəxslərin saxlanılması ilə bağlı tədbirlər görülür.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər