Qriqoryan: İrəvan Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edir
Far.Az xəbər saytı

Qriqoryan: İrəvan Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edir


Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması İrəvan üçün mühüm hadisədir.

"Far.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə (Qazaxıstan) Avrasiya Hökumətlərarası Şurasının geniş formatda keçirilən iclasında bildirib.

Qriqoryan Cənubi Qafqazda nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdırdığını vurğulayıb.

"Bu kontekstdə son vaxtlar Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması bizim üçün xüsusilə mühüm hadisədir. Bu, regionun bütün potensialının üzə çıxarılması üçün perspektivlər açır və qarşılıqlı ticarətin artmasına kömək edir", - baş nazirin müavini qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər