Boçorişvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır
Far.Az xəbər saytı

Boçorişvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırdır


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndəsi Peter Andreoli ilə görüşüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, görüşdə ABŞ-ın Cənubi Qafqaz regionundakı rolu, bölgədə gedən proseslər və iki ölkə arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin Orta Dəhliz layihəsi və Gürcüstanın regionda nəqliyyat-logistika mərkəzi kimi rolu ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi, eləcə də tanınmama siyasəti də diqqət mərkəzində olub.

Nazir Maka Boçorişvili Gürcüstan tərəfinin ABŞ ilə münasibətləri yenidən qurmağa və strateji tərəfdaşlığı bərpa etməyə hazır olduğunu bir daha vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər