Dağıstanda güclü yağıntılar səbəbindən körpünün iki aşırımı uçub - YENİLƏNİB
Xasavyurtda güclü yağışlar səbəbindən dəmir yolu körpüsünün iki aşırımı uçub, yollardan biri ilə qatarların hərəkəti davam edir.
"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan hökumətindən bildirilib.
Qeyd olunub ki, vəziyyətin monitorinqi aparılır və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülür.
Güclü yağışlar nəticəsində Yarık-Su çayının yatağının dolması səbəbindən avtomobil və piyada körpülərindən hərəkət məhdudlaşdırılıb.
Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanı su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.
Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb. Təbii fəlakət nəticəsində Xasavyurtda dəmir yolu körpüsü dağılıb. Bütün fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, kommunal xidmət işçiləri artıq daşqının fəsadlarının aradan qaldırılması üzərində işləyir.
"Rosseti Severnıy Kavkaz" SC-nin filialı olan "Daqenerqo" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Mahaçqalada güclü yağışlar səbəbindən üç yarımstansiya su altında qalıb.
"Əlverişsiz hava şəraiti nəticəsində Dağıstanın 16 rayonunda və Mahaçqala şəhərində elektrik təchizatı qismən məhdudlaşdırılıb", - məlumatda deyilir. Daha əvvəl verilən məlumata görə, elektrik ötürücü xətlərində qısaqapanmalar səbəbindən Dağıstanın səkkiz rayonunun 132 kəndində elektrik enerjisi kəsilib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Dağıstanda leysan yağışları səbəbindən 60 mindən çox insan işıqsız qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













