Xalq artisti Rasim Balayev vəfat edib
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev vəfat edib.
Bu barədə "Report"a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Rasim Balayev 8 avqust 1949-ci ildə Ağsu rayonunda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik bir rolla böyük kinoya gəlib.
Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.
31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Rasim Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi
-
Messinin Argentina millisində son oyunu bəlli oldu













