Kubada enerji böhranı səbəbindən 100 000-dən çox xəstə əməliyyat gözləyir
Far.Az xəbər saytı

Kubada enerji böhranı səbəbindən 100 000-dən çox xəstə əməliyyat gözləyir


Kubada 100 000-dən çox insan enerji böhranı səbəbindən xəstəxanalarda əməliyyat gözləyir.

"Far.Az"un məlumatına görə, Kuba Baş nazirinin müavini, xarici ticarət və investisiya naziri Oskar Peres-Oliva bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşündə açıqlayıb.

"Yüz mindən çox insan əməliyyat üçün növbədə gözləyir. Onların 11 000-dən çoxu uşaqdır", - o deyib.

Perez-Oliva enerji böhranının Kuba həyatının bütün sahələrinə təsir etdiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp martın 5-də bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətindədir. O, əvvəllər dəfələrlə Venesuelanın ABŞ-nin təzyiqi altında ada ölkəsinə neft tədarükünü dayandırmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Amerika lideri bildirib ki, ABŞ Kuba üzərində dostcasına nəzarət qura biləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər