Avropa İttifaqının yanacaq xərcləri 13 milyard avro artıb
Far.Az xəbər saytı

Avropa İttifaqının yanacaq xərcləri 13 milyard avro artıb


ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından bəri Avropa İttifaqı ölkələrinin yanacaq idxal xərcləri 13 milyard avro artıb.

"Report" xəbər verir ki, bu barədə Euractiv onlayn portalı Avropa İttifaqının enerji komissarı Den Yorgensenin Aİ üzv dövlətlərinin müvafiq nazirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

31 martda keçirilməsi planlaşdırılan Aİ enerji nazirlərinin təcili videokonfransından əvvəl göndərilən sənəddə deyilir: "28 günlük döyüşlər zamanı Aİ-nin təbii enerji idxalına görə xərci 13 milyard avro artıb".

Daha əvvəl məktubu da nəzərdən keçirən Avropa nəşri olan "Politico" da bildirib ki, Yorgensenin milli hökumətləri, xüsusən də nəqliyyat sektoruna diqqət yetirərək, yanacağa tələbatı azaltmaq üçün könüllü tədbirlər görməyə çağırdığı bildirilib.

Nəşrin qeyd etdiyi kimi, bu, hökumətlərin bəzi Asiya ölkələrində olduğu kimi, sakinlərdən daha vacib işlər üçün yanacağa qənaət etmək məqsədilə avtomobil və təyyarələrdən daha az istifadə etmələrini istəməsi anlamına gələ bilər.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər