Kubanıçbek Ömüralıyev Azərbaycana səfərə gəlib
Far.Az xəbər saytı

Kubanıçbek Ömüralıyev Azərbaycana səfərə gəlib


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

"Far.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Daha əvvəl Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstelin Azərbaycana səfəri başlamışdı.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər