Far.Az xəbər saytı
Far.Az xəbər saytı
"Sabah"la oyunda zədələnən "Abşeron Lions"un basketbolçusu Ceylon Şounun durumu bəlli olub
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün XX turunda - "Sabah"la oyunda zədələnən "Abşeron Lions"un amerikalı basketbolçusu Ceylon Şounun durumu bəlli olub.
Klubdan "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, qarşılaşmanın dördüncü periodunda xərəkdə meydanı tərk edən oyunçu dərhal xəstəxanaya aparılaraq müayinədən keçirilib.
Aparılan tibbi yoxlamalar nəticəsində basketbolçunun dizində sümük zədəsi, meniskində yerdəyişmə və ön çarpaz bağında qismən qopma aşkarlanıb.
Oyunçunun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Xatırladaq ki, dünən Bakı İdman Sarayında keçirilən qarşılaşma "Sabah"ın 105:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır













