İvett Kuper Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi üzrə danışıqlar aparacaq
Far.Az xəbər saytı

İvett Kuper Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi üzrə danışıqlar aparacaq


Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin xarici işlər naziri İvett Kuperin bu həftə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş danışıqlar aparacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlardan dərhal sonra hərbi ekspertlər zəruri resursların səfərbər edilməsi üzrə tədbirlərin planlaşdırılmasına başlayacaqlar. İşin məqsədi döyüş əməliyyatları başa çatdıqdan sonra Hörmüz boğazından təhlükəsiz və sərbəst keçidə zəmanət verməkdir.

Bununla belə, Starmer bu məsələnin həllinin asan olmayacağını etiraf edib.

"Mən bu məsələdə insanlarla dürüst olmalıyam. Bu, asan olmayacaq", - o deyib.

Baş nazir daha əvvəl vurğulamışdı ki, Dauninq stritdə gəmiçilik, energetika, maliyyə və sığorta sahələrindəki iri biznes nümayəndələri ilə məsləhətləşmələr keçirilib. Bazar iştirakçıları təsdiqləyiblər ki, hazırda bu əsas marşrut üzrə təhlükəsiz hərəkətin təmin edilməsi kritik əhəmiyyətli vəzifə olaraq qalır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər