Zaxarova: İrana yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarıq
Far.Az xəbər saytı

Zaxarova: İrana yardımın çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarıq


Rusiya İrana humanitar yardımın çatdırılmasının təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

"Far.Az" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə danışıb.

O xatırladıb ki, martın 27-də "Astara" sərhəd-keçid məntəqəsində dərmanların ikinci böyük partiyası təhvil verilib.

M.Zaxarovanın sözlərinə görə, dəmir yolu ilə 300 tondan çox dərman preparatı, eləcə də Dağıstanda toplanmış əlavə 150 tona yaxın humanitar yardım avtomobil karvanı ilə çatdırılıb: "Biz göstərilən köməyə görə Azərbaycan hökumətinə minnətdarıq".

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər