Arxitektura Komitəsi: Bakının Nəsimi rayonunda tikinti ilə bağlı şikayətlər araşdırıldı - qanun pozuntusu aşkarlanmadı
Far.Az xəbər saytı

Arxitektura Komitəsi: Bakının Nəsimi rayonunda tikinti ilə bağlı şikayətlər araşdırıldı - qanun pozuntusu aşkarlanmadı


Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərə aydınlıq gətirilib.

"Far.Az" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin inşasına 13 iyun 2025-ci il tarixində qanunvericiliyə uyğun şəkildə icazə verilib. İcazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti qurumların rəyləri əsasında təqdim olunub və bu günədək sənəddə hər hansı dəyişiklik edilməyib.

"Daxil olan şikayətlər əsasında əraziyə baxış keçirilib. Yoxlamalar zamanı təsdiq olunmuş layihədən kənarlaşma, o cümlədən əlavə mərtəbə tikintisi faktı qeydə alınmayıb", - məlumatda deyilir.

Hazırda tikinti işlərinin Baş İdarə tərəfindən nəzarətdə saxlanıldığı qeyd olunur.

Eyni zamanda vurğulanır ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Bu günədək Azərbaycan vasitəsilə 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər