Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avronu Ukraynaya verəcək
Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro məbləğində faiz gəlirini Ukraynaya verəcək.
"Far.Az"un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, bu vəsait 2025-ci ilin ikinci yarısında toplanıb.
Aktivlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulmuş olaraq qalır, lakin faizlər Rusiya tərəfinə məxsus deyil və Kiyevin dəstəklənməsi üçün istifadə oluna bilər.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu













