"Quantum-Systems" şirkəti ilk dəfə Ukraynaya taktiki PUA-lar göndərəcək
Far.Az xəbər saytı

"Quantum-Systems" şirkəti ilk dəfə Ukraynaya taktiki PUA-lar göndərəcək


Almaniyanın "Quantum-Systems" şirkəti Ukraynaya taktiki "Linza" PUA-ların ilk partiyasının göndəriləcəyini açıqlayıb.

"Far.Az"un məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Quantum Frontline Industries" Ukrayna Silahlı Qüvvələrinə veriləcək PUA-ların ilk partiyasının istehsalını başa çatdırıb. Bu tədarük Almaniya-Ukrayna birgə istehsal modeli çərçivəsində istehsalın qurulması mərhələsindən davamlı seriyalı istehsala keçidi qeyd edir", - açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkət bir il ərzində tədarük tutumunu artırmağı və sürətləndirməyi hədəfləyir.

"Frontline Robotics" tərəfindən hazırlanaraq döyüş sınaqlarından keçirilmiş "Linza" sistemləri "Build with Ukraine" təşəbbüsünün bir hissəsi olaraq istehsal edilir

"Quantum-Systems" 2015-ci ildə Münhendə təsis edilib. Şirkət hərbi və mülki tətbiqlər üçün kəşfiyyat və müşahidə dronlarının istehsalında ixtisaslaşıb. Şirkətin məlumatına görə, onun bazar kapitallaşması 2025-ci ildə 3 milyard avronu keçib. Şirkət Almaniya, Avstraliya, ABŞ və Ukraynada istehsal müəssisələri yaradıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər