Aripov: TDT-nin yeni strategiyası əməkdaşlığın dərinləşdirilməsi üçün vacibdir
Türk Dövlətləri Təşkilatının (TDT) 2027–2031-ci illər üçün yeni inkişaf strategiyasının hazırlanması üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm vəzifəyə çevrilir.
"Report"un məlumatına görə, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, beynəlxalq təhlükəsizliyin və iqtisadi əməkdaşlığın qlobal arxitekturasının parçalanması fonunda etimada, tarixi yaxınlığa və ortaq maraqlara əsaslanan regional təşkilatların rolu artır.
"Şübhəsiz ki, Qəbələ sammitindən sonra yaranan müxtəlif risklər praktiki əməkdaşlığın genişlənməsinə, həmçinin qarşılıqlı ticarətin və investisiyaların artmasına əlavə təkan verib. Bu kontekstdə TDT-nin 2027–2031-ci illər üçün yeni inkişaf strategiyasının hazırlanması aktual vəzifəyə çevrilir", - A.Aripov deyib.
Baş nazrin sözlərinə görə, Özbəkistan təşkilatın üzv dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsini hərtərəfli dəstəkləyir.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi
-
Keçmiş məcburi köçkün: Uzun illərdən sonra Zəngilana qayıtmağın sevincini yaşayırıq













