Azərbaycanın bank sektorunun aktivləri 7 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanın bank sektorunun aktivləri 7 %-ə yaxın artıb


Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 6,7% çoxdur.

Bankların aktivlərinin 28 milyard 305,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,6 %-dən 49,5 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,1 % artaraq 49 milyard 617,4 milyon manata, o cümlədən depozit portfeli 1,4 % azalaraq 37 milyard 290,6 milyon manata çatıb. Bunun 16 milyard 865,3 milyon manatı fiziki, 20 milyard 425,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 29,9 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 12,4 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 100 % artaraq 0,4 milyon manata çatıb.

Sektorun balans kapitalı isə 10,3 % artaraq 7 milyard 515,4 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər