"Expressbank" növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
"Expressbank" ASC-nin tərəfdaşlığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Tullantıları hədiyyələrə dəyiş" adlı ekoloji layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir paytaxtın Yasamal rayonundakı "Azərsu parkı"nda baş tutub. Aksiya zamanı vətəndaşlardan ətraf mühitin qorunmasına töhfə məqsədilə ümumilikdə 6 968 litr plastik butulka, 1 038 litr şüşə tullantı və 1 776 ədəd işlənmiş batareya müvafiq qaydada zərərsizləşdirilməsi üçün qəbul edilib.
Layihənin əsas məqsədi əhali arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasının təşviqi və təkrar emal vərdişlərinin formalaşdırılmasıdır. Tədbir iştirakçıları tullantıları təhvil vermək qarşılığında müxtəlif hədiyyələr də əldə ediblər.
Maliyyə institutu olaraq ekoloji təşəbbüslərə dəstək vermək "Expressbank"ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir və bu fəaliyyətlər dayanıqlı bankçılıq prinsiplərinə əsaslanır. Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə aktiv iştirak etməklə yanaşı, cəmiyyətdə bu vərdişlərin davamlı təşviqinə də xüsusi önəm verir.
"Expressbank" "Təbiətə qayğı – Gələcəyə miras" ekoloji layihəsi çərçivəsində mütəmadi olaraq təşkil etdiyi tədbirlərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və ictimaiyyətdə ekoloji məsuliyyətin artırılmasını hədəfləyir. Bank bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və yaxud Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Mayk Menyan Şahruddinə xüsusi hədiyyə göndərib













