AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır
Far.Az xəbər saytı

AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır


Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini dəyərləndirir.

"Report" AMB-yə istinadən xəbər verir ki, bunu qurumun ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin direktoru Kəmalə Qurbanova Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilmiş "Kollektiv güc: dəyişən dünyada dayanıqlılıq və inkişaf" adlı beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.

O, dəyişən qlobal şəraitdə birgə fəaliyyətin vacibliyini, ölkələrarası ödəniş əlaqələrinin formalaşdırılmasında daxili ödəniş infrastrukturunun rolunu, eləcə də beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda milli ödəniş infrastrukturunun modernizasiya mərhələsinin müvəffəqiyyətlə başa çatdığını və hazırkı dövrdə beynəlxalq inteqrasiya imkanlarının strateji prioritet olaraq nəzərə alındığını qeyd edib.

Departament direktoru ölkədə ani ödəniş sisteminin genişləndirilməsi üzrə görülən son işlər, o cümlədən qanunvericilik bazasının yenilənməsi və vahid QR standartının həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

"Central Banking"in təşkil etdiyi forum mərkəzi banklar arasında təcrübə paylaşımı, beynəlxalq ödənişlərin real vaxt rejimində həyata keçirilməsi və maliyyə inklüzivliyinin artırılması məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma funksiyasını yerinə yetirib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər