İştirakçısı olduğu təxribatı əvvəlcədən xəbər verən şəxs cinayət məsuliyyətindən azad edilə bilər
Far.Az xəbər saytı

İştirakçısı olduğu təxribatı əvvəlcədən xəbər verən şəxs cinayət məsuliyyətindən azad edilə bilər


Azərbaycanda təxribatın hazırlanmasında iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar edərsə, cinayət məsuliyyətindən azad olunacaq.

"Far.Az" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.

Belə ki, Cinayət Məcəlləsinin Təxribat maddəsinə əlavə edilməsi nəzərdə tutulan "Qeyd" hissəsinə görə, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.

Bundan əlavə, terrorçuluğa açıq çağırışların əhatə dairəsi genişləndirilərək terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştiraka çağırışlar da beş ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər