Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək


Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

Bu barədə "Far.Az"a Yunanıstanın Bakıdakı diplomatik nümayəndəliyindən səfir Mariya Papakonstantinunun Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşünün yekunlarını şərh edərkən bildirilib.

Məlumata görə, görüş zamanı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Trans-Adriaktik Qaz Boru Kəmərinin (TAP) əhəmiyyətinə, eləcə də energetika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib.

"Həmçinin növbəti iclasın bu payız Afinada keçiriləcəyi nəzərə alınmaqla, həmsədrləri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Harris Teoharis olan Yunanıstan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyası çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib", - səfirlikdən qeyd edilib.

Diplomatik nümayəndəlik həmçinin energetika məsələlərinə dair fikir mübadiləsi və dialoqun inkişafı üçün platforma kimi qarşıdan gələn "Baku Energy Week"in əhəmiyyəti vurğulayıb.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Luka Skiepatti: "TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır" - MÜSAHİBƏ
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər