Volodimir Zelenski: Ərdoğanla substantiv danışıqlar hazırlanıb - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmrakı Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlara başladığını deyib.
"Report"un məlumatına görə, Ukraynanın dövlət başçısı "X" sosial şəbəkəsində qeyd edib ki, İstanbulda mühüm görüşlər planlaşdırılıb:
"İstanbula gəldim, burada mühüm görüşlər planlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlar hazırlanıb. İnsanların həyatının real müdafiəsini təmin etmək, Avropamızda, eləcə də Yaxın Şərqdə sabitliyi irəli aparmaq və təhlükəsizliyə zəmanət vermək üçün tərəfdaşlığımızı gücləndiməyə çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələr verir".
Arrived in Istanbul, where important meetings are scheduled. Substantive talks have been prepared with the President of Türkiye, Recep Tayyip Erdoğan.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) April 4, 2026
We are working to strengthen our partnership to ensure real protection of people’s lives, advance stability and guarantee… pic.twitter.com/SsAeVbetMT
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.
"Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılır", - o qeyd edib.
Bununla belə, Nikiforov danışıqların gündəliyini açıqlamayıb. Lakin bəzi Ukrayna mediası qeyd edir ki, söhbət xüsusilə dron əleyhinə vasitələrə dair razılaşmalardan gedəcək.
O əlavə edib ki, səfər çərçivəsində Ukrayna Prezidenti Konstantinopol patriarxı Varfolomeylə də görüşəcək.
Qeyd edək ki, ötən gün, aprelin 3-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb, bu zaman Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
İsrailin Tehrana hücumu zamanı mülki şəxslər də həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













